...

Sami Yusif yenidən Bakıya gələcək

Cəmiyyət Materials 6 İyun 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /müx. "TrendLife" Günel Əhmədova/ Sami Yusifin Bakıya növbəti gəlişi payız aylarına planlaşdırılır. "Halal" şirkətindən "TrendLife"a verilən məlumata görə, müğənni tamaşaçılar qarşısında yeni albomu ilə çıxış edəcək. Alboma yenə də dini mahnılar daxil edilib. Şirkət rəhbəri Eldar Aslanın bildirdiyinə görə, "Halal"ın xətti ilə müğənni Orta Asiya və Rusiyada da konsert proqramı ilə çıxış edib. Onu da qeyd edək ki, müğənni əslən Cənubi Azərbaycandandır. Şirkət rəhbərliyi isə Bakıya İrandan və Yaxın Şərqdən digər müğənniləri də dəvət etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti