...

Azərbaycan Apellyasiya Məhkəməsinin 3 hakiminin vəzifəsi aşağı salınıb

Cəmiyyət Materials 13 İyun 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ötən iki il ərzində Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən müxtəlif instansiya məhkəmələrinin hakimləri barədə 77 intizam icraatı başlanıb. Onların 56-na baxılaraq, barələrində müxtəlif cəzalar tətbiq edilib, o cümlədən 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.Bu barədə MHŞ-dan çərşənbə günü məlumat verilib.Şuranın sonuncu iclasında hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, o cümlədən vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiya ilə əlaqədar hüquqpozuntularına yol verdiklərinə görə Apellyasiya Məhkəməsinin hakimləri Cavanşir Məmmədov, Bəhram Şükürov və Salman Babayev intizam məsuliyyətinə cəlb edilməklə vəzifədə aşağı salınmaları barədə qərar qəbul olunub, həmin məhkəmənin hakimi Allahverən Həsənova, Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovaya və Nizami Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilib.

Xəbər lenti

Xəbər lenti