...

Şirlər və bəbirlər haqqında, yaxud Həmidə Mələyovanın sərgisi

Cəmiyyət Materials 13 İyun 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Həmidə Mələyova üçün bu ilk personal sərgidir. İki il bundan əvvəl o və onun həyat yoldaşı belə qərara gəliblər ki, həyatlarında nə isə dəyişsinlər. Yeri gəlmişkən, onun həyat yoldaşı opera müğənnisi və hamının yaxşı tanıdığı "Bakılı oğlanlar"dan Elçin Əzizovdur. "İki il əvvəl qərara aldıq ki, həyat tərzimizi dəyişək. Həyat yoldaşım ixtisasca həkimdir, mənsə kinorejissoram. İki il əvvəl mən klassik vokala keçdim, o isə ciddi təsviri incəsənətlə məşğul olmağa başladı. Mənim fikrimcə, yoldaşımın çox çətin və maraqlı işi var" - deyən Elçin Əzizov bildirdi.

Yeri gəlmişkən söyləyim ki, Həmidə Mələyova dəri-zöhrəvi həkimidir. "Məni həmişə təsviri incəsənət özünə cəlb edib. Mən istərdim ki, nəsə orijinal bir şey yaradım. Bəlkə də işim professional deyil. Mən çalışıram ki, yaratdığım iş evlərin interyerinə uyğun gəlsin" -Həmidə Mələyova dedi.

Sərgiyə çoxlu qonaqlar gəlmişdi. Təbii ki, qonaqların çoxu Elçin Əzizovun dostları "Bakılı oğlanlar" ŞHK uşaqları idi. Bəhram Bağırzadə xüsusən bu sərgi barədə fikrini bildirdi: "Hazırkı sərgi əlamətdar hadisədir. Həkimin, rejissorun işindən əlavə, bu, bütün Bakı və bakılılar üçün bayramdır. Belə tədbirlər onu sübut edir ki, Azərbaycan irəlləyir və bizdə potensial yaradıcılıq artır. Bizdə mütamadi olaraq caz festivallar keçirilir. Məsələn, Emil İbrahimli və Şahin Növrəsli kimi musiqiçilərin adını çəkə bilərik. Şahmat sahəsində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarovu misal göstərmək olar. Başqa sahələrdə də istedadlı uşaqlarımız çoxdur. Əgər dünən şən və hazırcavab oğlan öz karikaturasını təqdim edibsə, nəyə görə onun həkim həyat yoldaşı bunu etməsin? Azərbaycan xalqı çox istedadlıdır. Və xalqın hər bir qələbəsinə mən sevirnirəm".

İşlər çox qeyri-adi idi. Əlbəttə, insan üçün, bütün həyatını təsviri incəsənətə həsr etməyən insan üçün bu böyük nəaliyyətdir. O insan ki, bu işlə heç vaxt məşğul olmayıb. Nəinki mənim, hətta qonaqların da diqqətini ilk çəkən şir oldu. Bu elə-belə rəsm deyildi. O ağac kötüyünündən düzəlib, adama elə gəlir ki, əsl şirdir. Təəssüf ki sərgi iki saat çəkdi. Əziz oxucularımız vaxtınız olsa, mütləq "Qız qalası" sərgsinə baş çəkin. Peşman olmazsınız.

Xəbər lenti

Xəbər lenti