...

Azərbaycan Boks Federasiyasının prezidenti AIBA üçün təkliflər hazırlayır

Cəmiyyət Materials 18 İyun 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Ümumdünya həvəskar boks Assosiasiyasında (AİBA) mövcud durumun normallaşdırılması istiqamətində müəyyən addımlar atmaq niyyətindədir.

Əbiyevin bildirdiyinə görə, AİBA İcraiyyə Komitəsinin ayrı-ayrı üzvləri baş katib postunun ləğvini məqbul sayırlar. "Lakin bu, absurddur. Çünki ədatən baş katib prezidentin sağ əlidir. Ona görə də bu yanaşma kökündən yanlışdır" - deyə Əbiyev qeyd edib.

Federasiya rəhbəri onu da vurğulayıb ki, Canər Doğanelinin ötən seçkilərdəki qələbəsini legitim saymaq olmaz. Çünki yeni seçilmiş AİBA rəhbərinin özü türkə səs verməyi xahiş edib. Yaranmış durum assosiasiyanın onsuz da korlanmış imicinə böyük zərbə vurur.

Xəbər lenti

Xəbər lenti