...

Məleykə Əsədova: Həyat yoldaşımdan ayrıldığıma görə peşman deyiləm

Cəmiyyət Materials 20 İyun 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx.TrendLife Günel Əhmədova/Həyat yoldaşından ayrılan Məleykə Əsədovanın xarici görünüşündə dəyişiklik etmək üçün plastik cərraha müraciət etdiyi deyilir. Müğənni bu və digər qaranlıq məsələlərə TrendLife-da aydınlıq gətirdi: "Üzümdə təbii gözəllik var. Hələ bundan bir neçə il sonra belə plastik cərraha müraciət etmək niyyətində deyiləm".

Şux mahnılarla repertuarının ritmini artıran müğənni daha bir açıqlama verdi: "Artıq həyat yoldaşımdan ayrıldım və buna görə peşman deyiləm. Bir müddət əvvəl yaradıcılığımda fasilələr də ailə vəziyyətinə görə yaranmışdı. Ciddi problemlər yaşamamışam, sadəcə övladımın qayğıları ilə məşğul idim. Amma həyat yoldaşımla fikirlərim heç vaxt üst-üstə düşməyib. Bunu isə biruzə verməməyə çalışmışam. Belə anlarımda anamı düşünürəm, amma o, məndən çox uzaqdadı".

Anasına mahnı ithaf edən Məleykə Əsədova Natiq Şuşalının musiqisinə yazılmış mahnıya Ülviyyə Könülün rejissorluğu ilə klip çəkiləcəyini qeyd etdi.

Müğənni onu da söylədi ki, onun üçün ssenari yazılır və bu aktrisanın iştirakı ilə ekranlaşdırılacaq serialda əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti