...

Qafqaz müsəmanlarının dini lideri İslam dövltlərini Azərbaycanı dəstəkləməyə çağırıb

Cəmiyyət Materials 20 İyun 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Qafqaz Müsəlmaları Idarəsinin (QMI) sədri Hacı Allahşükür Paşazadə İslam dövlətlərini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağırıb. Bu cür çağırışla o, İspaniyanın Kordova şəhərində keçirilən ikigünlük "Sivilizasiyaların həmrəyliyi - sülh uğrunda həmrəylik" mövzusundakı beynəlxalq konfransda çıxış edib. Bu barədə məlumat çərşənbə günü QMİ-dən verilib.

Qafqaz müsəlmanlarının dini lideri çıxışı zamanı İslam dünyasında aktual olan məsələlərə, sivilizasiyalararası əlaqələr və Yaxın Şərqdəki vəziyyətə toxunub. Konfransın təşkilatçıları qismində İspaniyanın İslam Cəmiyyəti və Dünya İslam Xalq Rəhbərliyi Təşkilatı çıxış edib.

Xəbər lenti

Xəbər lenti