...

Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək

Cəmiyyət Materials 22 İyun 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti sabahdan nisbətən mülayimləşəcək və temperatur bir neçə dərəcə yüksələcək. Bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, iyunun 23-ü gündüzdən Bakı şəhəri və Abşeron yarımadasında hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək, temperatur 31-35 dərəcə olacaq. İyunun 24-də arabir güclənən cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.

Hesabat dövründə Azərbaycanın əksər rayonlarında havanın yağmursuz keçəcəyi proqnozlaşdırılsa da, axşam və gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağlş yağacağı gözlənilir. Aran rayonlarında havanın maksimal temperaturu 31-36, dağlıq ərazilərdə isə 21-26 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti