...

Xəyyam Mirzəzadə Bəstəkarlar İttifaqının üzvündən çıxıb

Cəmiyyət Materials 23 İyun 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bəstəkarlar İttifaqında seçkidən sonra yeni sədr Firəngiz Əlizadənin rəhbərliyi ilə ilk iclası keçirilib. TrendLife-ın verdiyi məlumata görə, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, ümumittifaq bəstəkarlar müsabiqəsinin laureatı, "Şöhrət" ordenli bəstəkar Xəyyam Mirzəzadə öz gedişi barədə yazılı surətdə müraciət edib. Müraciətdə bildirilir: "Mən 1957-ci ildən bu təşkilatın üzvüyəm. Xahiş edirəm, məni artıq Bəstəkarlar İttifaqının üzvü saymayasınız."

Onun gedişindən sonra ittifaqın bəzi üzvləri tənqidlə çıxış edərək bildiriblər ki, bu cür ustadın getməyinə razılıq vermək olmaz. O getsə, təşkilat həqiqətən də öz avtoritetini və sanbalını itirəcək. Həmçinin bildiriblər ki, Xəyyam Mirzəzadəyə rəsmi müraciət edib, onu təşkilata qaytarmaq lazımdır.

TrendLife-da olan məlumata görə, Bəstəkarlar İttifaqının sonuncu qurultayı 17 il əvvəl olub.

Xəbər lenti

Xəbər lenti