...

Röya Sərdar Ortacla duet oxuyacaq

Cəmiyyət Materials 23 İyun 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/müx.TrendLife Fəridə Məhərrəmqızı/Son vaxtlar estrada səhnəsində bir-birinin ardınca yeni mahnılar təqdim edən müğənni Röya həm də duet ifaları ilə yadda qalır. Müğənni yaxın günlərdə yeni bir duetlə tamaşaçıları təəccübləndirəcəyinə söz verib.

Onun prodüsseri İnna xanımın TrendLife-a verdiyi məlumata görə, Röyanın yeni tərəf-müqabili Türkiyənin pop-starı Sərdar Ortac olacaq. Röya və Sərdar Ortac cütlüyü nə az, nə çox düz 10 mahnı ifa edəcək. Onların arasında həm Röyanın, həm də Sərdar Ortacın hitə çevirilmiş mahnıları var. Buna misal olaraq "Həsrət nəğməsi, "Bahar", "Məsafə" mahnılarını göstərmək olar.

Duet oxumaq ideyasının müəllifinin türkiyəli müğənni olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti