...

Azərbaycanda narkotika cinayətlərinə görə 74 qadın məhkum olunub

Cəmiyyət Materials 27 İyun 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Azərbaycanda qadın kaloniyalarında cəza çəkən qadınlardan 74-ü narkotika cinayətləri ilə bağlı məhkum olunub. Bu barədə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Vəsilə Möhsümova məlumat verib ki, qadınların narkomaniyaya qurşanması onların ailə həyatında sonu faciə ilə bitən hadisələrə də gətirib çıxarır.

Möhsümova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların narkomaniya bəlasından əziyyət çəkməsi problemini diqqətdə saxlayır, məhkum qadınlar üçün "Açıq qapı" günləri keçirir və gələcəkdə də onların sosial problemlərinin həllinə yardım məqsədilə tədbirləri davam etdirəcək.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sədri İsrafil Əliyev də Trend ə bildirib ki, həm narkomanların, həm də narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilənlərin təxminən 70 faizi yaş kateqoriyası üzrə gənclərdir.

Xəbər lenti

Xəbər lenti