...

Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının vaxtı müəyyənləşdirilib

Cəmiyyət Materials 28 İyun 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayının 30-da2007/2008-ci tədris ili üçün Azərbaycan ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanı keçirəcək. Bu barədə cümə axşamı TQDK-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, ilk dəfə olaraq magistraturaya sənəd qəbulu müasir standartlara uyğun olaraq kompüter texnologiyası vasitəsilə aparılıb. Magistraturaya sənəd vermək istəyən şəxslər birinci mərhələdə internetlə "Bakalavrın elektron ərizəsi " formasını doldurub, ikinci mərhələdə isə ali məktəblərdə TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına müraciət edərək iyunun 6-dan 15-dək "Elektron ərizə"lərini rəsmiləşdiriblər.

Bakalavrlara 27, 28, 29 iyun tarixlərində "Elektron ərizə"lərini rəsmiləşdirdikləri Sənəd Qəbulu Komissiyalarından "İmtahana buraxılış vərəqəsi " və "Bakalvrın yaddaş kitabçası" təqdim edilb.

Bu il magistratura pilləsində təhsil almaq üçün 4520 plan yerinə 12478 bakalavr sənəd verib.

Ərizələrini təqdim edənlərdən 11035 nəfəri Azərbaycan bölməsinin, 1443 nəfəri isə rus bölməsinin məzunudur. Onların 7009 nəfəri ali məktəblərin builki, 5469 nəfəri əvvəlki illərin məzunudur.

TQDK-dan verilən məlumata görə, imtahanda bakalavrlara sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək. Bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil fənni üzrə 20, ixtisas üzrə 30 test tapşırığı təqdim olunacaq. Hər bir doğru cavab 1 balla, səhv cavablar isə 0 balla qiymətləndirilir.

Təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas fənni üzrə topladığı bal 10-dan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti