...

"Xəzər" Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə oynayacaq

Cəmiyyət Materials 29 İyun 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/Çempionlar Liqasının birinci raundunda "Xəzər" futbol klubunun rəqibi Zaqreb "Dinamo"su olacaq.

Trend xəbər verir ki, UEFA-nın Nondakı mənzil qərargahında keçirilən AvroKubok püşkatmasının nəticələrinə əsasən lənkəranlıların rəqibi məhz Xorvatiya çempionları olacaq. Ağasəlim Mircavadovun yetirmələri üçün təqvim bir o qədər də yaxşı olmayıb. Belə ki, iyulun 17-də öz meydanlarında oynamalı olan komanda bir həftə sonra Zaqrebdə oynayacaqlar. Iki mərhələli mübarizənin taleyi məhz öz futbol ənənələri ilə zəngin olan Xorvatiyada həll olunacaq.

Qeyd edək ki, yaxın zamanlarda UEFA kubokunun püşkatması olacaq ki, burda da "Neftçi" və "MKT-Araz" öz rəqiblərini tanıyacaqlar.

Xəbər lenti

Xəbər lenti