...

Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında saziş bağlanıb

Cəmiyyət Materials 29 İyun 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Təhsil Nazirliyi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında cümə günü əməkdaşlığa dair Kollektiv Saziş imzalanıb. Sənədi təhsil naziri Misir Mərdanov və Həmkarlar İttifaqı Konfederasiyanın sədri Səttar Mehbalıyev imzalayıblar.

Nazir Misir Mərdanov bildirib ki, əməkdaşlıq çərçivəsində ilin ən yaxşı müəllimlərinə Bakı şəhəri üzrə təhsil idarəsinin və Azərbaycan Azad Həmkarlar Təşkilatının birgə mükafatları, hədiyyələri təqdim olunub.

Mərdanovun sözlərinə görə, Nazirliklə Konfederasiya arasında birgə işçi qrupu yaradılması qərara alınıb. İşçi qrupu il ərzində Azərbaycanın bütün təhsil müəssisələrində monitorinq keçirəcək və bir neçə nominasiya - ilin ən yaxşı orta məktəbi, ali məktəbi, uşaq bağçası, peşə məktəbi, kolleci, müəllimi, məktəb direktoru və.s kimi nominasiyalar üzrə yarışlar keçirəcək. Hər il dərs ilinin sonunda yaxşıların yaxşısına pul məkafatları, fəxri fərmanlar və hədiyyələr təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti