...

Azərbaycan voleybolçuları Yeltsin Kubokunda Rusiyanın ikinci yığmasına qalib gəlib

Cəmiyyət Materials 29 İyun 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol komandası Yekaterinburqda və Nijni Tagildə keçirilən Rusiyanın birinci prezidenti Boris Yeltsin Kubokunda yarımfinala çıxmaq şanslarını saxlayıblar.

Trend xəbər verir ki, birinci turda Hollandiyaya məğlub olandan sonra Faiq Qarayevin yetirmələri Rusiyanın tələbə yığmasını 3:0 hesabı ilə udublar. Qonaqlar görüşə əminliklə başlayıblar və artıq birinci partiyada 10 xallıq fərqlə (25:15) üstünlüyü ələ alıblar. Fasilədən sonra isə oyunu inamla davam etdirən Qarayevin yetirmələri növbəti partiyanı da analoji hesabla başa vurublar. Üçüncü setdə isə ev sahibləri ciddi mübarizə aparıblar və mübarizənin taleyi tay-brekdə həll olunub.

28:26 hesabı ilə partiyanı udan komanda indi yarımfinala çıxmaq üçün mübarizə apara bilər. Bunun üçün komanda qrup mərhələsinin son günündə Çindən olan olimpiya çempionları üzərində qələbə qazanmalıdır.

Xəbər lenti

Xəbər lenti