...

Rəqsanə Antalyanı seçdi

Cəmiyyət Materials 7 İyul 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul/müx.TrendLife Fəridə Məhərrəmqızı/İstirahət mövsümünün başlanması ilə əlaqədar bir çox sənət adamları yaradıcılığa fasilə verərək dincəlmək üçün ölkə daxilindəki və xaricdəki turizm obyektlərinə üz tutublar.

Populyar müğənni Rəqsanə də bu arada istirahətə hazırlaşır. Müğənninin sözlərinə görə, o, dincəlmək üçün Azərbaycandakı istirahət məkanlarından birini deyil, Türkiyənin Antalya şəhərini seçib.

Müğənni özü ilə bağlı daha bir yeni məlumat açıqlayıb. Rəqsanənin sözlərinə görə, bu yaxınlarda Türkiyəyə köçmək təklifi alıb: "Ola bilsin ki, müğənni kimi Azərbaycanla əlaqələrim kəsilsin. Hələ ki, bu barədə fikirləşirəm. Qızım da buradan köçməyimizi çox istəyir". Rəqsanə bildirib ki, daimi yaşamaq üçün Türkiyəyə köçmək qərarı versə, sənətini orada davam etdirəcək. "Belə olan təqdirdə Türkiyədə yaradıcılıq işlərinə sıfırdan başlamalıyam ki, bu da məni qorxutmur. Məsələn, studiyalardan biri ilə müqavilə bağlayıb indiyə qədər burada ifa etdiyim mahnıların hamısını Türkiyədə tanıtdıra bilərəm. Mən buna əminəm".

Xəbər lenti

Xəbər lenti