...

"ATV-maqazin" verilişinin aparıcısı İlkin Həsənli: "Artıq evlənmək vaxtıdır"

Cəmiyyət Materials 14 İyul 2007 13:43 (UTC +04:00)
"ATV-maqazin" verilişinin aparıcısı İlkin Həsənli: "Artıq evlənmək vaxtıdır"

Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Tayfun Eloğlu/ Artıq tamaşaçılar onun üçün çox darıxıb. Söhbət "ATV-maqazin" verilişinin aparıcısı İlkin Həsənlidən gedir. O, hərbi xidmətdə öz kişilik borcunu yerinə yetirib doğma şəhərinə qayıdıb. Əsgərliyin necə keçməsi barədə kiçik serjant "TrendLife"a bunları söylədi.

- Əsgərlik doğrudan da əsl kişilik məktəbidir. İstər-istəməz uzaqgörən və ciddi olursan. Mən Xudatda sərhəd qoşunlarında xidmətdə olmuşam. Təzə-təzə çətn idi, sonra isə hər şey yağ kimi getməyə başladı.

- Bəs sən dövlət sərhədini pozan şəxsin saxlanmasında iştirak etmisən?

- Cinayətkar yaxalamamışdıq. Heç bir siçan da sərhədi keçməmişdi. Amma çox istərdim.

- Bəzi gənc müğənnilər hərbi xidmətdən bir bəhanə ilə gizlənirlər ki, əsgər çətinliyini hiss etməsinlər. Tək onlar yox, bir çoxları. Bəs sənin hərbi xidmətdən yayınan uşaqlara münasibətin necədir?

- Əlbəttə ki, bu düzgün deyil. Hətta Türkiyədə belə bir yazılmamış qanun var: əsgərlik çəkməyən oğlana qız vermirlər. Həm də etiraf edək ki, bir neçə yoldaş masa arxasında oturub əsgərlikdən söhbət edəndə sən də nəsə danışmağa söz tapırsan. Bu, insanın çox xoşuna gəlir.

- Sənin məşhurluğun əsgər həyatına necə təsir etdi?

- Birinci ay mən İlkin Həsəni idim. Sonra isə mənim komandirim gördü ki, mən əsgər ola bilərəm.

- Bəs əsgərlik sənin xasiyyətini dəyişdirdi?

- Mən bəzi şeylərə artıq çox ciddi yanaşıram. Hətta zəngli saatsız səhər saat 9-da dura bilirəm. Duran kimi idmanla məşğul oluram.

- 45 saniyə ərzində geyinmək?

- (Gülür). Yox, o yoxdu.

- Bəs işin üçün darıxmamısan?

- Əlbəttə darıxmışam. Hətta lap çox. Artıq bu gün "ATV-maqazini" və "Bozbaş-pikçersi" aparacam. Payızda isə yeni binaya köçəndə işimlə paralel yeni intellektual-əyləncəli layihə üzərində çalışacam.

- Bəlkə bəzi aparıcılar kimi sən də estrada səhnəsinə çıxasan?

- Yox. Əlbəttə, mən belə insanlara pis baxmıram, amma əgər yaxşı aparıcısansa, elə elə də qal. Yoxsa insanlar çaş-baş qalacaqlar ki, müğənnisən, yoxsa aparıcı.

- Bəs ailə qurmaq necə?

- Bir az işlə tutmur. Amma vaxtıdır. Hərçənd düzünü desəm, çox ailə mənə qızını etibar etmir. Elə hesab edirlər ki, mən özündən deyənəm. Amma inanın, mən sadəcə ailə xoşbəxtliyi istəyirəm.

Xəbər lenti

Xəbər lenti