...

"Human Rights Watch" rəhbəri Bakıda görüşlər keçirir

Cəmiyyət Materials 16 İyul 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ "Human Rights Watch" təşkilatı Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətdən narahatlığını bildirir. Bu barədə bazar ertəsi Bakıda təşkilatın icraçı direktoru Kenef Rof bildirib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündən sonra Rof bildirib ki, insan haqları ilə bağlı vəziyyətlə şəxsən tanış olmaq üçün Bakıya gəlib. Rof bildirib ki, "Human Rights Watch" Azərbaycanla sıx işləyir. Təşkilatı Azərbaycanda KİV-in inkişafını ləngidən səbəblər maraqlandırır.

Beynəlxalq hüquq mühdafiə təşkilatı rəhbərinin Azərbaycana səfərinin nəticələri üzrə bəyanat veriləcək.

Xəbər lenti

Xəbər lenti