...

Bu ilin birinci yarısında Azərbaycan mediasına qarşı məhkəmə iddiaları 10 dəfə artıb

Cəmiyyət Materials 21 İyul 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yarım il içində Azərbaycanın kütləvi informasiya vasitələrinə, jurnalistlərə qarşı şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi (diffomasiya) ilə bağlı 60-dan çox məhkəmə davası açılıb. Bu barədə Media Hüqüqu İnstitutunun bu ilin ilk altı ayında medianın durumuna dair hazırladığı hesabatda məlumat verilir.

Qeyd olunur ki, həmin göstərici 2005-ci ilin uyğun göstəriciləri ilə müqayisədə 10 dəfə çoxdur. 2005-ci ilin yanvar - iyul aylarında qarayaxma ilə bağlı mediaya qarşı altı iddia qaldırılmışdı.

Ən ağır nəticələnən qarayaxma iddialarının hədəfləri "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan", "Azadlıq", "Müxalifət", "Nota bene", "Yeni Müsavat", "24 saat" qəzetləri olublar.

2007-ci ilin birinci yarısında Azərbaycan məhkəmələri altı tənqidçi jurnalisti yazilarına görə azadlıqdan məhrumetmə cəzalasına məhkum edib. Bir jurnalist islah işləri cəzası alıb.

Məhkəmə yazıçı-jurnalist Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunu dini ayrıseçkilik salmaqda cünahkar sayıb. Həbs edilən qalan beş jurnalist isə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri əsasında cəzalandırılıblar. "Nota Bene" qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə il yarım islah işləri cəzası verilib. "Nota Bene"nin yazarı Fərəməz Novruzoğlu iki il müddətinə azadlıqdan məhrum edilib. "Gündəlik Azərbaycan" və "Realniy Azerbaydjan" qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayev, "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və həmin qəzetin şöbə redaktoru Yaşar Ağazadə 30 ay azadlıqdan məhrumetmə cəzası alıblar. Həbsdə olduğu zamanda Eynulla Fətullayevə qarşı qəzetdə getmiş yazılarına görə daha iki ağır ittiham - terrora çağırış və milli, irqi, dini ayrıseçkilik salma maddələri ilə ittihamlar irəli sürülüb.

Deffomasiya ilə bağlı məhkəmə işlərinin nəticəsində tənqidçi media böyük məbləğlərdə ödənclər verməyə məcbur edilib. Məhkəmə qətnamələri ilə qəzetlərin üzərinə qoyulan ödənclərin məbləği 700 min AZM civarındadır. Bu məbləğin yarıdan çoxu ən tirajlı qəzetlərin - "Azadlıq" və "Yeni Müsavat"ın payına düşür. Qarayaxma iddiaları əsasında təkcə "Azadlıq" qəzetinin üzərinə qoyulan məcburi ödəncin məbləğı 300 min AZM-dən artıqdır.

Xəbər lenti

Xəbər lenti