...

Azərbaycan atletləri Avropa birinciliyinə seçmə mərhələsindən keçməyiblər

Cəmiyyət Materials 23 İyul 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan atletləri Hollandiyada başa çatan gənclər arasında Avropa birinciliyində uğursuz çıxış ediblər. Üçqat tullanma üzrə seçmə mərhələsində Ruslan Panasenkonun nəticəsi 14.98 olmaqla axırdan əvvəlki yeri tutub. Bu göstərici idmançıya yalnız İtaliya təmsilçisi Emmanuel Katakniyi geridə qoymağa imkan verib, bu idmançı Panasenkodan bir santimetr qısa tullanıb.

800 metrlmik məsafəyə qaçışda ilk qaçışdan sonra mübarizəni nəticəsi 24 olan Namiq Əsədov tərk edib. O, bu məsafəni 1.56 saniyəyə qaçaraq türk Mətin Altıteni geridə qoyub.

Bu arada yığmanın məşqçi heyəti yarışmaya yarışdan əvvəl çanağın arxa yuxarı hissəsindən zədə alan 400 metrlik məsafəyə qaçış üzrə sprinter Pavel Setini apara bilməyib.

Xəbər lenti

Xəbər lenti