Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Ukraynanın qadınlardan ibarət voleybol yığması avqustun ortalarında keçiriləcək Heydər Əliyev Kubokuna gələn ilk komanda olacaq.
Voleybol Federasiyasından verilən məlumata əsasən, ukraynalılar Bakıya avqustun ilk günlərində təşrif buyuracaqlar. Məqsəd burada təlim-məşq toplanışı və uyğunlaşmanı keçməkdir. İki ölkə yığması arasında yoxlama görüşlərin keçirilməsi də istisna deyil. Azərbaycanla Ukrayna milliləri sonuncu dəfə Avro-2005-in seçmə mərhələsi çərçivəsində görüşüblər.
Xatırladaq ki, yarışda həmçinin İsrail, Yunanıstan, Bolqarıstan və Türkiyə yığmaları iştirak edəcək.