...

İlkin Həsəniyə yeni veriliş təklif olunub

Cəmiyyət Materials 26 İyul 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /müx. TrendLife Vüqvr Vüqarlı/Artıq xəbər verdiyimiz kimi, ATV-də verilişlərin "orientasiyası" dəyişir. İş ondadır ki, yeni mövsümdə kanal özünün intellektual layihələri ilə tamaşaçıların önünə çıxacaq. Bu haqda TrendLife-a ATV-dəki "ATV- maqazin" verilişinin aparıcısı İlkin Həsəni xəbər verib.

İlkinə yeni intellektual layihə təqdim olunub. "Layihə intellektual oyun janrında olacaq. Həmçinin oyunda müxtəlif hədiyyələr və pullar veriləcək. "Mənə bu verilişi aparmağı təklif ediblər, mən də razılaşmışam. Həm də intellektual verilişləri aparmaq həmişə maraqlı olub".

"ATV maqazin" verilişinin fanatlarına demək istəyirəm ki, narahat olmasınlar, aparıcı həmin layihəni atmaq fikrində deyil. "Mən inanıram ki, hər iki verilişi apara biləcəyəm" -deyə İ.Həsəni öz fikrini bildirdi.

Xəbər lenti

Xəbər lenti