...

İçərişəhərin baş rəssamı İsmayıl Axundov: "İçərişəhər gərək Bakının turist mərkəzi olsun"

Cəmiyyət Materials 26 İyul 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı , 26 iyul /müx.TrendLife Eldar Hüseynzadə/İndi İçərişəhərdə aktiv işlər görülür. TrendLife-a məlumdur ki, hətta burada belə bir vəzifə də var: baş rəssam. Bu rəssamın adı İsmayıl Məmmədovdur. O, artıq İçərişəhərlə bağlı bir neçə layihəni reallaşdırıb. Növbəti işi ilə bağlı o, TrendLife-a müsahibəsində danışıb.

- 2000-ci ildən bəri dörd xəritə düzəltmişəm. Norveçin Statoil şirkətinə öz dərin minnətdarlığımı bildirirəm. Onların sayəsində bu xəritələr yaranıb. Birincisi Bakıdakı memarlıq abidələrinə həsr olunub. İkincisi "İçərişəhərdə bizim mirasların qorunması" adlanır. Burda mən bir çox qiymətli tarixi obyektləri göstərmişəm. Üçüncü xəritəm Abşerona, dördüncü isə bütünlüklə ölkəmizə həsr olunub. Bu dörd xəritəni İçərişəhərdə "Karvansaray"ın önündə görə bilərsiniz. İçərişəhərin istiqamətləndirici direktoru Kamran İmranovun təklifi ilə şəhərin əsas rəssamı oldum.

- Təəssüf ki, bu təşkilatın yaranması bir az gecikib...

- Mən sizinlə razıyam. Artıq bir neçə obyekt tikilib. 90-cı illərdə belə bir ideya var idi ki, İçərişəhər şəhərcik olsun. Burda rəsssamlar, yazıçılar, şairlər oturub işləyə bilsinlər. Bura gələn xarici turistlər də onların yaradıcılıqları ilə tanış ola bilsinlər. Lakin bu olmadı. İndi İçərişəhəri Bakının turist mərkəzinə döndərirlər. Bura xüsusi marşrutlar veriləcək. Çox güman ki, burda muzey də açılacaq.

- Muzeyin konkret yeri myəyyənləşibmi?

- "Hacı Banu" hamamının yanında. Qız qalasına yaxın.

- Axı əvvəl orda qəbiristanlıq vardı?

- Əvvəl bilmirəm orda nə olub. "Hacı Banu" ilə üzbəüz atəşpərəstlik səcdəgahı vardı. Orda arxeologi qazıntılar aparılıb, onun qalıqları görünür. İndi biz mərkəzdə səcdəgahı yenidən quracağıq. Hər bir şəhərdə yeni ailə quranlar səcdəgaha gedirlər, önündə baş əyirlər, istərdik ki, bu yer hər kəsin diqqətini çəksin. Burda hər üç din birləşib. İslam, alban-xristianlıq, zərdüştilik. Əgər fikir versəniz, Qız qalasının yanında göyərçinlər uçur. Quşlar həmişə uçduqları yeri batırırlar. Lakin bu mərkəzdə belə bir şey olmur. Qız Qalasının yaxınlığında kompyuter qrafikası olan interaktiv xəritələr olacaq.Hansısa obyekt haqda istənilən informasiyanı almaq mümkün olacaq.

- Siz "İçərişəhər gəzintiləri" filmində də iştirak etmisiniz. Həmin materiallardan da istifadə olunacaq?

- Bəli, iş çox gözəl alınıb. Həm rejissor Cavid İmamverdiyev, həm də əsas nəql edən Fuad Axundov öz işlərini gözəl görüblər. Bu film artıq bir neçə ölkədə, ayrı-ayrı şəhərlərdə yayılıb. İnteraktiv xəritə ilə yanaşı ona da baxmaq mümkün olacaq.

"İçərişəhər" mövzusuna qayıtmaq istərdim. Bakıya bununla əlaqədar YUNESKO nümayəndələri gələcək. Həmçinin bir neçə yer var ki, orda arxuoloji qazıntılar aparıla bilər. Çünki Bakı 11-12-ci əsrdə yaranmayıb. Ona qədər burda daha başqa şeylər olub. Təəssüf ki, bir çox izlər məhv olub. Lakin nə isə tapmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti