...

Azərbaycanlı alpinist İsrafil Aşurlu Tibetə yürüşdən imtina edib

Cəmiyyət Materials 27 İyul 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşurlu dəniz səviyyəsindən 8201 metr yüksəklikdə yerləşən Ço-Oyü yüksəkliyinə (Tibet) ekspedisiyadan imtina edib.

azerisport.com-a açıqlama verən Aşurlu imtinanın səbəbi kimi bu yaxınlarda Everestə yürüşdən dönməsini göstərib. Bu yürüşdə o, çoxlu enerji sərf edib . "Tibetə səfər üçün daha bir ay vaxt lazım gələcək. Artıq bu il dağlara iki ayımı sərf eləmişəm. Axı həm də işləmək lazımdır" - deyə Aşurlu vurğulayıb. Qeyd edək ki, alpinist Moskvanın Alpinizm Federasiyası və "Alpindustriya" şirkətinin birgə təşkil etdiyi "Yeddi yüksəklik" proqramına yekun vurub. Bu proqram dünyanın tanınmış yüksəkliklərinə yürüşləri nəzərdə tutur.

İsrafil Everestə qalxan və orada Azərbaycan bayrağını sancan ilk azərbaycanlı alpinistdir.

Xəbər lenti

Xəbər lenti