Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / "Nota-Bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu bir həftədir ki, aclıq aksiyasını davam etdirir. Bu barədə cümə günü Bakıda Ədliyyə Nazirliyinin Pentensiar Xidməti mətbuat xidmətinin rəhbəri Rafiq Ramazanov məlumat verib. Onun sözlərinə görə, Novruzoğlu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində saxlanılır.
Fərəməz Novruzoğlu iyulun 20-dən aclıq edir, onunla görüşən qohumları məhbusun ağzını tikdiyini və altı tələbi olduğunu bildirirlər. O, beynəlxalq qurumlar və İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşməyi, onların iştirakı ilə yenidən məhkəmə keçirilməsini tələb edir. Əks halda vətəndaşlıqdan imtina edəcəyini bildirir.