...

Vəkil "Bizim yol" qəzetinin həbsdə olan əməkdaşı ilə görüşüb

Cəmiyyət Materials 30 İyul 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Rüşvət almaqda şübhəli bilinərək həbs edilən "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun vəkili Vüqar Xasayev bazar ertəsi 1 saylı Bayıl istintaq təcridxanasında müdafiə etdiyi şəxslə görüşüb. Bu barədə bazar ertəsi Bakıda vəkil Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, jurnalistin özü və onu müalicə edən həkimlə görüşüb. Onun sözlərinə görə, Hüseynov həkim müayinəsindən keçirilib və kor bağırsaq və qara ciyər ağrılarından əziyyət çəkir. Lakin jurnalistin saxlanma şəraiti normaldır: "Müşfiqi səkkiz nəfərlik kamerada saxlayırlar və saxlanma şəraitindən şikayəti yoxdur".

Xasayev əlavə edib ki, jurnalistin işi ilə bağlı apellyasiya şikayəti verib. Şikayət baxılmaq üçün bu gün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək.

İş üzrə istintaq hərəkətləri isə davam etdirilir.

"Bizim yol" qəzetinin əməkdaşı Hüseynov iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından 3500 dollar rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Onun haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə cinayət işi qaldırılıb. Nəsimi Rayon Məhkəməsi Hüseynov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xəbər lenti

Xəbər lenti