...

"Yeni dalğa" cizgi filmlərini bərpa edəcək

Cəmiyyət Materials 1 Avqust 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Prodüsser mərkəzində hazırda yeni layihələr hazırlanır. Mərkəzin direktoru Rasim Həsənovun "TrendLife"a verdiyi məlumata görə, üzərində iş aparılan layihələrdən biri də cizgi filmlərinin bərpası ilə bağlıdır. Prodüsser mərkəzində 20-dən çox yerli cizgi filmlərinin bərpası prosesi gedir. Orjinal hissələr Rusiyanın arxivindən alınır. Sözügedən layihə çərçivəsində keçən əsrin 70-ci illərində çəkilən cizgi filmləri bərpa ediləcək. Onların bir hissəsi rus dilindədir və həmin cizgi filmlər Azərbaycan dilinə tərcümə olunacaq.

Xəbər lenti

Xəbər lenti