...

Müğənni Elina Babayeva: "Verka Serdyuçka "Şuşanın dağları" ritmi altında rəqs edəcək"

Cəmiyyət Materials 1 Avqust 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /müx. "TrendLife" Əli Dərviş/ Belə bir müğənnin Azərbaycanda mövcudluğu barədə onun öz vətənində heç kim bilmir. Elina Babayeva artıq bir neçə ildir ki, Moskvada həm işləyir, həm də yaşayır. Əməkdar artist Sərxan Sərxan onu öz qanadları altına çəkib. Gecə barlarının şəhzadəsi "TrendLife"a verdiyi məlumata görə milli estradanı ölkədən kənarda təbliğ etmək istəyir. Müğənnin dediklərinə görə "Dima Malikov, Soso Pavliaşvili, Lyubov Uspenskaya, Verka Serdyuçka mənim ən yaxın dostlarımdır. Onlar məni ən çətin məqamlarda dəstəkləyirlər. Etiraf edirəm ki, rusiya şou-biznesində irəliyə getmək çox çətindir. Lakin Moskvada istedadıma görə tez gözə çarpdım. Məni Ən çox sevindirən isə "Şuşanın dağları" mahnısını oxuyanda Verka Serdyuçkanın oynamağa başlamasıdır". Düzdür, Elina əsl ulduz kimi parlamasa da yeni başlayan müğənni kimi ona paxıllıq etmək olar. Moskvada o, Araz Ağalarovun konsert sahəsində çıxış edir, burada dünyanın müxtəlif yerlərindən elit insanlar toplaşır. İndi isə Elina gözləyir ki, Alla Borisovna ona Rusiya səhnəsinə çıxmağa xeyir-dua versin. "Bəlkə tale mənim üzümə güldü. Rusiya şou-biznesində məni normal qəbul edərlər. Məndə başa düşürəm onların öz qanunları var. Puqaçova xeyir-dua verməsə səhnəyə çıxmaq mümkün deyil. Mənim rus estrada ulduzlarının yerində gözüm yoxdur. Sadəcə azərbaycan musiqisini rusiyada təbliğ etmək istəyirəm" - deyə o bizə bildirdi.

Xəbər lenti

Xəbər lenti