...

80 azərbaycanlı usaq ingilis dilini öyrəndi

Cəmiyyət Materials 2 Avqust 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazaova/ ABŞ-in Azərbaycandakı səfirliyi və Azərbaycan İngilis dili müəllimlər birliyi dindar və az təminatlı ailələrdən olan 80 uşaqları sertifikatlarla təltif etdilər. Bu sertifikatlar onlara "İngilis dili mikro təqaüd proqramı" adlı kursu bitirmək münasibəti ilə verildi.Sertifikatları ABS səfirinin səlahiyyətlərini icra eden Donald Lu təqdim etdi.

Bu kurs 2006-cı ilin oktyabrından dindar və az təminatlı ailələrdən olan uşaqlara ingilis dilini öyrətmək məqsədi ilə keçirilib. Bakı, Məştağa, Qəbələ və Lənkərandan olan test yolu ilə 80 nəfər ABŞ-in Azərbaycandakı səfirliyi və Azərbaycan İngilis dili müəllimlər birliyi tərəfindən seçilib.Kurs çərçivəsində "Mən dünyanı necə görurəm" adlı yazı müsabiqəsi keçirilib. Kursun sonunda uşaqlara test imtahanının nəticəsi əsasında sertifikat verildi. Kursun bir hissəsi olaraq seçim əsasında bəzi uşuqlara jurnalistika haqqında dərslər də keçirilib. Məqsəd jurnalistikaya həvəsi olan uşaqlara jurnalistika nədir sualına onlarla birgə çavab tapmaq, bu vərdişləri aşılamaq olub.Sonda məzunlar oz qəzetlərini də çap eiblər.

Xəbər lenti

Xəbər lenti