Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Futbol üzrə ölkə çempionu "Xəzər" milli birinciliyin startı öncəsi itkilərə məruz qalıb.
Trend in xəbərinə görə, "Karvan"a qarşı səfər oyunda meydana qolkiper Dmitri Kramarenko, yarımmüdafiəçi Rahid Əmirquliyev və forvard Vüqar Nadirovun çıxması sual altındadır. Nadirov yalnız bu günlərdə məşqlərə başlayıb. Digər iki futbolçu isə zədələrini sağaltmaqla məşğuldurlar. Bu üzdən də onlar bu yaxınlarda "Masallı"ya qarşı oyunda iştirak edə bilməyiblər. Bu matçda lənkəranlılar 3:0 hesabı ilə qalib gəlmişdilər.
Kramarenkonun Yevlaxdakı oyuna çıxa bilməməsi komanda üçün o qədər də problemli deyil. Çünki əsas qapıçı rolunda hazırda Kamran Ağayev çıxış edir.
Qeyd edək ki, "Karvan"la oyuna "Xəzər" Bakıda hazırlaşır.