...

Rejissor Ramiz Fətəliyev: "Televiziyanın hesabına yeni iş yerləri açmaq olar"

Cəmiyyət Materials 8 Avqust 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Yerli televiziyalarda indi istər-istəməz ciddi irəliləyiş etmək mütləqdir. Belə ki, Rusiya kanalları yoxdur. Nə qədər ki, auditoriya kabel, "boşqab" kanallarına o qədər də cəlb olunmayıb onların diqqətini nəyləsə çəkmək lazımdır. Hələki bu istiqamətdə dəqiq bir iş görülməyib. Yavaş-yavaş Rusiya və Türkiyə kanallarından təcrübə götürmək vaxtıdır. Azərbacan televiziyası haqda öz fikirləri ilə rejissor Ramiz Fətəliyev "Trendlife"la bölüşdü.

-Ramiz müəllim, Sizcə Rusiya televiziyasının kəsilməsi müsbət faktdır? Ümumiyyətlə yerli kanallara baxırsınız?

-Bəli baxıram.Mənə elə gəlir ki, ANS çoxdandır özünün reşəkar səviyyəsini saxlayır. Lider son zamanlar nədənsə axsımağa başlayır, amma səviyyəsini o da saxlayır. Bu mənim subyektiv fikrimdir. Vaqif Mustafayev "Space"i yaxşılaşdırıb. Obyektiv verilişlər yaranıb ki, oturub baxmaq istəyirsən. Ondan başqa elə filmlər göstərirlər ki, zövqü tərbiyələndirir. İnanın mənə Arif Alışanov AzTV-yə gələndən orada irəlləyiş var. Nizami Xuduyevin vaxtında bu kanal əski vəziyyətdə idi. Bax indi isə vəziyyət tam dəyişib.

-Bəli, Siz hətta müsahibə zamanı AzTV-dən gedən proqramı diqqətlə izləyirdiniz.

-Təmami ilə doğru deyirsiniz. Mən müsahibədən əvvəl kafedə xahiş etdim ki, AzTV-ni yandırsınlar. Orada Fuad Poladovdan veriliş olmalıdır. Belə ki müsbət çevriliş var. Fakt göz qabağındadır. İndi isə Rusiya kanallarından danışaq. Həmin kanalların bağlanması rus dilli xalqların verilişlə təminatı nəzərdən çox pis oldu. Bizim teleməkanlardan onların itməsi bədii itki sayılmır. Bu heç də Rusiyanın yaxşı kanalı hesab olunmur. Mənim fikrimcə ən obyektiv xəbərləri verən RenTV-dir. Ən yaxşı əyləncəli kanallar isə STS, TNT-dir. RTR-isə hansısa dərəcədə dövlət kanalı idi. Belə ki, heç də yaxşı kanallar getməyib.

-Ramiz müəllim, bizim kanallarda da yaxşı nəsə düzəltmək olar. Məsələn televiziya serialları. Axı bizdə onlar yoxdur.

-Artıq indi bu haqda söhbətlər gedir. Bunu çoxdan etmək lazım idi. Mən beş il bundan əvvəl "Gerçək an" serialını çəkmişdim. Bax elə onda proses başlamalı idi. Çünki artıq onda söz gəzirdi ki, rusiya kanalları bağlanacaq. Elə bil hamı nəisə gözləirdi. Nəyi? Başa düşmürdüm. İndi artıq rusiya kanalları getdi, pirat filmlərinin göstərilməsinə qadağa qoyulub, efir bom-boşdur. Mən rus, türk filmlərinə irad eləmirəm. Lakin, əgər bizdə tennis, voleybol, gimnastika varsa nəyə görə öz seriallarımız olmamalıdır? Bizdə olan xarici serialları çox ucuz qiymətə alırlar. Yaxşısı bahadır. Ona pul çatmır. Bunu başa düşdük. Lakin özümüzün serialların çəksək az sərmayə gedəcək. Belə olsa bizdə də yeni iş yerləri açılar. Deyirlər bizdə akytorlar yoxdur yalnız əfsanələr var. Bu düz deyil. Var özüdə çoxdur. Bu artıq başqa mövzudur. Televiziyanın hesabına iki-üç min iş yerləri açmaq olar.

-Sizcə bizdə hansı mövzuda seriallar çəkmək olar? Rusiyadan Türkiyədən nəsə götürmək, yoxsa nəsə özümüz fikirləşib düzəltməliyik?

-Biz velosiped kəşf edib, özümüzdən Amerika açmamalıyıq. İşdir əgər söhbət özümüzün televiziya məhsullarından gedirsə ilk növbədə yerli klassikaya müraciət etmək lazımdır. Bizdə elə əsərlər var ki, televiziya dilinə uyğun gəlir. Cəlil Məmmədquluzadədən tutmuş Əkrəm Əylisliyə, Natiq Rəsulzadəyə qədər. Nəyə görə Çingiz Abdullayevin əsərlərinə rusiya kinomatoqrafçıları nəsə çəkməlidirlər? Bu axı gülməlidir. Axı o insanının əsərlərini bütün dünya tanıyır. Nəyə görə biz çəkməməliyik. Çingizin bir neçə romanını götürüb yaxşı serial çəkmək olar. Eyni sözləri Həmçinin Natiq Rəsulzadənin əsərləri haqda da demək olar. Nəticədə Rüstəm İbrahimbəyovdan da nəsə xahiş etmək olar. Yəqin ki, onda ekranlaşmamış nəsə var. Hesab edirəm ki, bununla təcili məşğul olmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti