...

Samir və Röya yeni duet hazırlayırlar

Cəmiyyət Materials 11 Avqust 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust/ müx. "TrendLife" Fəridə Məhərrəmqızı / Gənc müğənni Samir Cavadzadə ilə Röyanın birgə ifa etdiyi "Deyin ona" mahnısı dinləyicilər arasında çox populyardır. Bu yaxınlarda pərəstişkarları onların yeni birgə ifasının şahidi olacaqlar. Bu barədə "TrendLife"a Samir məlumat verib. Onun sözlərinə görə, mahnı "Nostalji" adlanır. Hazırda həmin mahnı oranjeman olunur və tezliklə onun təqdimatı keçiriləcək.

Samir "Nostalji"nin də "Deyin ona" mahnısı kimi hitə çevriləcəyinə əmindir.

Xəbər lenti

Xəbər lenti