...

Musiqi festivalı yeni mövsümə hazırlaşır

Cəmiyyət Materials 14 Avqust 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / "TrendLife" müxbir E. Hüseynzadə/ Bu il Azərbaycanda musiqi festivalı start götürüb. Əsas məqsəd isə ölkə ərazisində konsert verməkdir. Demək olar ki, iyun ayına qədər hər həftə belə tədbirlər keçirilirdi. Sonra bir az fasilə oldu. İndi isə davamı gözlənilir. Mədəniyyət və turizm nazirliyinin musiqi şöbəsinin rəhbəri Fərəh Əliyevanın "TrendLife"a verdiyi məlumata görə dekabr ayına qədər İsmayıllıda, Qəbələdə, Kürdəmirdə, Ağsuda, Xanlarda, Goranboyda, Masallıda və başqa yerlərdə konsertlər keçiriləcək. Konsertdə Azərbaycan Dövlət rəqs ansamblı, Kamera orkestri, digər musiqi kollektivləri çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti