...

Azərbaycanın otüstü hokkeyçiləri Uelslə oynamayacaq

Cəmiyyət Materials 16 Avqust 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığması avqustun 18-də Mançesterdə start götürəcək qitə birinciliyinə hazırlığın yekun planını dəyişmək məcburiyyətindədir. Milli Federasiyanın mətbuat katibi Yaqub Nuriyevin Trend ə verdiyi məlumata görə, komanda güman ki , Uelslə planlaşdırılan yoldaşlıq görüşü keçirməyəcək. "İlkin olaraq komanda uelslilərlə anlaşdı. Lakin sonradan qəflətən İngiltərəyə vizaların verilməsi ilə bağlı problem ortaya çıxdı. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi milliləşdirilmiş koreyalılara viza verməkdən imtina etdi. Ona görə də çətin ki, millimiz Uelslə oynayacaq. Axı çempionata kimi az vaxt qalıb" - deyə Nuriyev qeyd edib.

Tair Zamanın yetirmələri lisenziya xarakterli turnirə avqustun 18-də Almaniyaya qarşı oyunla başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti