...

Müğənni Faiq Ağayevin konsertinin televiziya versiyası mövsümün açılışını gözləyir

Cəmiyyət Materials 16 Avqust 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Faiq Ağayev və onun komandası artıq neçə vaxtır ki, "F.AetirA.F" konsert proqramının televiziya versiyası ilə məşğul idilər. Müğənnin mətbuat katibi Fuad Həsənovun "TrendLife"a verdiyi məlumata görə artıq televiziya versiyası hazırdır. Lakin konsert hələki efirə getməyəcək. Axı hələ ki "ölü" mövsüm bitməyib. Belə çıxır ki, konserti sentyabr-oktyabr ayından tez görməyəcəyik. Bəs hansı kanalda? Bu sual da hələ ki tam həll olunmayıb. Yəqin ki, xaricdə yayımlanan kanalların birinə veriləcək.

Xəbər lenti

Xəbər lenti