...

1 saylı cəza çəkmə müəssisəsinin aclıq keçirən məhkumu aksiyanı dayandırıb

Cəmiyyət Materials 20 Avqust 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ 1 saylı cəza çəkmə müəssisəsinin məhkumu aclığı dayandırıb.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bazar ertəsi bildirib ki, 20 günə yaxın ağzını tikərək aclıq edən məhkum Qəhrəman Əmirov avqusun 19-da ağzının tikişlərini söküb və aksiyanı dayandırıb. Behbudovun sözlərinə görə, o Əmirovun işi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edərək qanunsuz cəzalandırılmasında cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş edib. Və bu haqda məhkumu da məlumatlandırıb. Məhkum isə onun barəsində ədalətli qərar çıxarılmayacağı və bəraət almayacağı təqdirdə intihar edəcəyini deyib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin onun barəsində ədalətsiz hökmünə etiraz olaraq aksiya keçirən Əmirov ədalətli məhkəmə araşdırması tələb edir.

Əmirov Göyçay rayon polis şöbəsində işgəncələrə məruz qaldığını, etmədiyi bir qətlin yalandan onun boynuna qoyulduğunu, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Nüşabə Ağayeva və Vəkil Şükürov tərəfindən ədalətsiz məhkəmə araşdırılması aprıldığını və əsassız olaraq 15 il azadlıqdan məhrum edildiyini iddia edir.

Xəbər lenti

Xəbər lenti