...

İki azərbaycanlı güləşçi Pekindəki mundialın finalına yüksəlib

Cəmiyyət Materials 21 Avqust 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ İki azərbaycanlı güləşçi yunan-roma güləşi üzrə Pekində keçirilən gənclər arasında dünya çempionatının finalına yüksəlib.

50 kq-dək çəki dərəcəsində yarışan Qədir Süleymanov ardıcılıqla Gürcüstan, Qazaxıstan və Rusiya idmançısını üstələyərək həlledici mərhələyə vəsiqə qazanıb. Finalda o iranlı R.Asadpurla görüşəcək.

Eyni yolu Elvin Mürsəliyev də gedib. O finala doğru irəliləyərkən Rumıniya, Çin, ABŞ və Latviya idmançılarını üstələyib. Finalda Elvin ermənistanlı A.Culfalakyanla üz-üzə gələcək.

Komanda Pekində 2003-cü ildə dünya çempionu adını qazanmış baş məşqçi Arif Abdullayevin rəhbərliyi altında çıxış edir.

Xəbər lenti

Xəbər lenti