...

Müğənni İradə İbrahimova toy mərasiminin hava şarında keçməsini istəyir

Cəmiyyət Materials 21 Avqust 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir V. İmanov/ Azərbaycanın tannımış müğənnisi bahar çiçəyindən şokalad qıza çevrilən İradə İbrahimova "TrendLife"a özünün belə dəyişməsinin səbəbini söylədi. O, bağında hər gün günəş vannası qəbul edir. Onun dediklərinə görə: "Bakı çimərliyində mən təmiz hava qəbul edirəm. Lakin günəş vannasını isə öz bağımda qəbul edirəm. Bax bu minvalla çıxışımdan sonra enerjimi bərpa edirəm. Əsl peşəkar özünə diqqət yetirməlidir. Axı səhnə gözəllik tələb edir. Əsas da xanımlar. Hərəkət manevrləri və geyim ifaçının xarici görünüşü ilə uyğun gəlməlidir.Təssüf ki, bəziləri belə şeylərə fikir vermir. Mən estradada ilk gündən öz simamı saxlamağı bacarmışam.

"Yerli şou-bihnesimizin gözəl qızı nə vaxt ailə quracaq?" sualına isə müğənni belə cavab verdi:

-Hər şey qismətdir. Mənim gələcək toyum isə çox orjinal və qeyri adi olacaq.

-Bəlkə hava şarında toy mərasimi?

-Bunu yalnız arzulamaq olar!

Xəbər lenti

Xəbər lenti