Azərbaycan, Bakı, 23 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Azərbaycanda yanvar ayında Bolqarıstan kino günləri açılacaq. Bu haqda "TrendLife"a Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev xəbər verib. Onu da qeyd edək ki, bu məqsədlə Bolqarıstan kino arxivi ilə danışıqlar aparılıb və danışıqlar uğurlu alınıb. Həmin tədbir çərçivəsində Azərbaycanda tamaşaçılara Bolqarıstanda müxtəlif illərdə çəkilmiş 10 film nümayiş etdiriləcək.