...

Boks üzrə dünya və qitə birinciliklərinin mükafatçısı: "Azərbaycan yığması Rusiya komandasından zəif deyil"

Cəmiyyət Materials 28 Avqust 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Məğlubiyyətə baxmayaraq hesab edirəm ki, yığmamız heç də Rusiya millisindən zəif deyil və addım-addım indiki səviyyəyə çata bilər". Bu fikri Trend ə açıqlamasında Azərbaycanın boks üzrə yığmasının liderlərindən biri Elçin Əlizadə ( 91 kq) komandanın "Yantar əlcəklər" beynəlxalq turnirdəki çıxışını dəyərləndirərkən ifadə edib.

Dünaya və qitə birinciliklərinin mükafatçısı hesab edir ki, yarışa hazırlıq zamanı ciddi səhvlər buraxılmayıb. "Sadəcə, bu gün rusiyalılar bizdən güclüdür. Lakin bu komanda ilə görüş özü-özlüyündə bizim üçün önəmlidir. Axı bu, qiyməti olmayan bir təcrübədir" - deyə Əlizadə vurğulayıb.

O qeyd edib ki, yarış yoxlama xarakterli olub. Nəzərə alınmalıdır ki, yaxınlaşmaqda olan Çikaqodakı mundial lisenziya xarakterli olacaq.

Xəbər lenti

Xəbər lenti