...

Qadınlar arasında beynəlxalq şahmat turniri sentyabrın 3-də Bakıda start götürəcək

Cəmiyyət Materials 29 Avqust 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Qadınlar arasında böyük şahmat turnirinin təntənəli açılışı sentyabrın 3-də Bakıda keçiriləcək.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışda səkkiz ölkənin - Polşa, Gürcüstan, Ukrayna, Hindistan, Bolqarıstan, İsveç, Latviya və Azərbaycanın şahmatçıları iştirak edəcək. Yarış iştirakçıları dairəvi sistem üzrə oynayacaqlar. Məhz bu sistemin yekunlarına əsasən, qalib və digər mükafatçılar müəyyənləşdiriləcək. Respublikanı bu turnirdə bir sıra şahmatçı, o cümlədən dünya çempionatına vəsiqə qazanmış İlahə Qədimova təmsil edəcək.

Bir neçə il əvvəl qadınlar arasında şahmat turniri Şəkidə keçirilib. Bu turnirin təşkilatçılıq səviyyəsi qonaqlar və çoxsaylı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti