...

Azərbaycan boks federasiyasının prezidenti: Biz beş-altı mükafata ümid edirik

Cəmiyyət Materials 31 Avqust 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan yığması 5-6 mükafata idia edə bilər. Bu barədə cümə günü avqustun 31-də H.Əliyev adına İdman -Konsert Kompleksində keçiriləcək yeniyetmələr arasında dünya birinciliyi öncəsi Boks federaçsiyasının prezidenti Ağacan Əbiyev məlumat verib.

"İdmanda proqnoz vermək düzgün deyil, lakin fikirləşirəm ki, uşaqlar bir qızıl medal qazanmaq iqtidarındarırlar. Bundan əlavə 2001-ci ildə Bakıda keçirilən yeniyetmələr arasında dünya birincidliyində bizim çıxışımız iki qızıl medalla nəticələnmişdi. Yeri gəlmişkən medallardan birini indi əsas yığmanın güclü boksçularından biri hesab olunan Cəmil Məhərrəmov qazanmışdı.

Mötəbər yarışda 40-dan çox ölkənin dəri əlcək ustaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti