...

Qrossmeyster Teymur Rəcəbov nüfüzlu turnirlərə dəvət alıb

Cəmiyyət Materials 1 Sentyabr 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov növbəti mövsümdə bir çox nüfuzlu yarışlarda iştirak etmək üçün dəvət alıb.

Yeni ildə şahmatçı qələbə əldə etdiyi Veyk-An-Zeedə, həmçinin Linares və Sofiyada keçiriləcək yarışlarda iştirak edəcək.

Bununla yanaşı, cari ildə idmançı Bolqarıstanda keçirilən yarışa da dəvət alıb. Lakin gərgin qrafikə görə o, təşkilatçıların təklifinə cavab verə bilməyib. Teymur noyabrda Moskvada keçiriləcək və artıq memorial ənə-ənəyə çevrilən Mixail Talə turnirində çıxışa da hazırlaşır.

Bu yaxınlarda qrossmeyster İsveçrədə keçirilən ənənəvi beynəlxalq turnirdə işrtirak edib. Bu yarışda Teymur norveçli Maqnusu Karlsenə məğlub olaraq, yekunda 6-cı yerlə kifayətlənib.

Xəbər lenti

Xəbər lenti