...

Bu il Azərbaycandan olan zəvvarları yeniliklər gözləyir (Video)

Cəmiyyət Materials 10 Sentyabr 2007 20:19 (UTC +04:00)
Bu il Azərbaycandan olan zəvvarları yeniliklər gözləyir (Video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bu il Həcc ziyarətinə getmək istəyində olan Azərbaycan vətəndaşları bir sıra yeniliklərlə qarşılaşacaq. Bu barədə bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə məlumat verib.

QMİ sədrinin sözlərinə görə, bu dəfə Böyük Britaniyada çarter reysi üçün təyyarələr sifariş olunub. Bu təyyarələr azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanına çatdıracaq. "Həcc ziyarəti arzusunda olan Azərbaycan vətəndaşları təyyarədə ehtiyat yer saxlamaq üçün pullarını hesabdan keçirməlidirlər. B.Britaniyada onları bu çarter reyslərinin sərnişinləri kimi qeydiyyatdan keçirəcəklər" - deyə şeyxülislam bildirib.

Həmçinin, azərbaycanlı zəvvarlar Məkkə və Mədinədə qalacaqları otelləri də, diqqətdən keçirməlidirlər.

Təşkilatçılıq işi üçün QMİ 5 mln. dollar bank krediti alıb. "Bu, risklə əlaqədardır. Əgər Azərbaycandan olan zəvvarların sayı gözləniləndən az olsa, mən bankrot olacağam" - deyə QMİ rəhbəri vurğulayıb.

Bu il Azərbaycan üçün ayrılan norma 6 min adamlıq yer təşkil edir.

"QMİ Şamaxı Rəsədxanası ilə birlikdə müqəddəs Ramazan ayında oruc tutacaq dindar müsəlmanlar üçün ibadət, imsak (Səhər yeməyi) və iftar (Şam yeməyi) vaxtlarının cədvəlini hazırlayıb" - deyə şeyxülislam əlavə edib.

Onun sözlərinə görə, islamın iki istiqamətinin təmsilçiləri arasında ziddiyyət aradan qaldırılacaq.

"İran, İraq, və Səudiyyə Ərəbistanındakı müsəlman qardaşlarımızdan təqlid alan Azərbaycanın sünni və şiə təriqətli nümayəndələri uzun illərdir ki, Ramazan ayının dini ayinlərini müxtəlif vaxtlarda həyata keçirirlər. QMİ-nin yeni fətvası bu problemi həll edəcək." - deyə QMİ sədri söyləyib.

Şeyxülislamın sözlərinə görə, bu il dindarlar sentyabrın 13-dən oruc tutmağa başlayacaqlar. Bayram isə oktyabrın 12-13-də qeyd olunacaq. QMİ Ramazan ayının duaları kitabını hazırlayıb və nəşr etdirib ki, bu da dindarlara pulsuz paylanacaq.

Ramazan müsəlman üçün sınaq, dəyişiklik və ümid ayıdır. Bu ayda dindarlara sübhdən hava qaralana qədər yemək yemək, su içmək və siqaret çəkmək, nəsə iyləmək və qadınla yaxın olmaq qadağan olunur.

Qaranlığın düşməsi ilə - "ağ və qırmızı sapları ayırmaq mümkün olmayanda" qadağalar götürülür. Oruc - islamın 5 əsas dirəyindən biridir ki, bütün dindarların yerinə yetirməsi mütləqdir. Ondan yalnız ağır xəstələr, qocalar, hamilə qadınlar, səfər üstə olanlar və döyüşçülər azaddırlar. Lakin onlar da sonradan təyin edilmiş orucu yerinə yetirməlidirlər. Ramazan - daxili təmizlənmə vaxtıdır. Hesab olunur ki, əgər insanlar vaxtlarını ibadət və dua oxumaqla keçirərlərsə və savab işlər görərlərsə, Allah onların günahlarını bağışlayar. Xüsusilə də, 27-si gecəsi vacib hesab olunur ki, bu da "Leylət əl-qədr" (qüdrət gecəsi və ya Quranın nazil olduğu gecə) adlanır. Bu zaman Allah insanların taleyini müəyyən edir.

Ramazan vaxtı restoran və barlarda əyləncəli tədbirlər təxirə salınır, spirtli içkilər yığışdırılır və gecə klubları bağlanır.

Xəbər lenti

Xəbər lenti