...

Sumqayıtın müəssisə və təşkilatları arasında şahmat turniri keçirilib (FOTO)

İdman Materials 13 Fevral 2012 19:08 (UTC +04:00)
"2012-ci il - İdman ili" çərçivəsində ARDNŞ-in təşəbbüsü və təşkilatçılığı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə şəhərin Şahmat məktəbində müəssisə, idarə və təşkilatların komandaları arasında şahmat turniri keçirilib.
Sumqayıtın müəssisə və təşkilatları arasında şahmat turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

"2012-ci il - İdman ili" çərçivəsində ARDNŞ-in təşəbbüsü və təşkilatçılığı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə şəhərin Şahmat məktəbində müəssisə, idarə və təşkilatların komandaları arasında şahmat turniri keçirilib.

Trend-in məlumatına görə, şəhərdə ilboyu davam etdiriləcək idman tədbirlərinin davamı olaraq keçirilən, Sumqayıtın müəssisə və idarə kollektivləri arasında həm də qarşılıqlı əlaqələrin genişlənməsinə, xoş və səmimi münasibətlərin yaranmasına xidmət edən ümumşəhər şahmat turnirində 16 komanda, o cümlədən "Azərikimya" ilə yanaşı, "Azərboru" ASC, Sumqayıt Texnoparkı, "Bismak" kimi sənaye müəssisələrinin, Sumqayıt Dövlət Universitetinin, şəhər təhsil və səhiyyə şöbələrinin və s. təşkilatların komandaları iştirak ediblər.

"Azərikimya" İB-nin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, həmçinin şəhər strukturları rəhbərlərinin iştirakı ilə keçirilən təntənəli açılışda ölkə rəhbərliyi tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğıdan, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları böyük uğurlardan, idmanın kütləviliyinin artırılması məqsədilə respublikamızın bütün şəhər və rayonlarında, həmçinin ötən ilin sonlarında Sumqayıtda Olimpiya komplekslərinin yaradılmasından iftixarla danışılıb.

Hakimin püşkatmasından sonra qadın şahmatçıların da daxil olduğu komandalar iki qrup üzrə gərgin mübarizəyə başlayıblar. FİDE-nin beynəlxalq qaydaları və Olimpiya sistemi üzrə keçirilən yarışlarda hər komanda beş şahmatçı ilə təmsil olunub.

İki gün ərzində Sumqayıt şəhər Şahmat məktəbində davam edən yarışlarda "Azərikimya" İB-nin komandası daha maraqlı və yaradıcı oyun nümayiş etdirərək, inamlı qələbələr qazanıb və turnirin qalibi olub. İkinci və üçüncü yerləri, müvafiq olaraq, şəhərin səhiyyə şöbəsinin və Sumqayıt Dövlət Universitetinin komandaları tutublar. Qalib komandalar xüsusi diplomlar və pul mükafatları ilə təltif olunub. Şəhər Qaz idarəsinin şahmatçıları həvəsləndirici mükafata layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti