Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/
Bu gün Bakıda London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin I nəzəri-praktiki seminarı başlayır.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, martın 2-dək davam edəcək seminarda London Olimpiadasına seçilmiş bütün hakimlər iştirak edəcək. Hakimlər 30 ölkəni təmsil edir.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binası Dünya Taekvondo Federasiyasının (WTF) Regional Mərkəzi olduğundan, bu mötəbər tədbir paytaxtımıza həvalə olunub.
Tədbir saat 15:00-da ATF-in inzibati binasında başlanacaq. KİV nümayəndələri dəvətlidilər. ATF-in l vitse-prezidenti Füzuli Musayev və London Olimpiadasında taekvondo yarışlarının baş hakimi Şakir Çəlbat media nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirəcəklər.
London Olimpiya Oyunlarının taekvondo üzrə hakimləri Bakıdadır
Bu gün Bakıda London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin I nəzəri-praktiki seminarı başlayır.