Azərbaycan, Bakı, 14 mart /Trend/
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.
Trend-in məlumatına görə, Gəncənin "Kəpəz" klubu paytaxtın "Neftçi" komandasını qəbul edib. 28-ci dəqiqədə Denis Silva paytaxt təmsilçilərini hesabda irəli çıxarıb. 84-cü dəqiqədə Elşən Abdullayev hesabı 0:2-yə çatdırıb. Gəncəlilər bu qollardan yalnız birinin əvəzini çıxa biliblər (Yuri Fomenko, 87).
Bu azmış kimi, "Kəpəz" in heyətində Nikolay Svejentsev 93-cü dəqiqədə qırmızı vərəqə alıb.
"Qəbələ" - "Qarabağ" matçında isə 2:2-lik bərabərlik qeydə alınıb. Qollar: Viktor Mendi, 41. Luiz Paulo Hilario, 66 - Rauf Əliyev, 46. Muarem Muarem, 90.