...

"Bankir"lər "müflis oldu", Flavinyo isə "Neftçi"nin çempionluq şansını azaltdı

İdman Materials 24 Mart 2012 16:59 (UTC +04:00)
Çempionatın şəriksiz lideri "Neftçi" isə bu tur əzəli rəqibi "Xəzər Lənkəran"la qarşılaşıb. "Böyük oyun"da ilk qol "Neftçi"dən gəlib. Ruslan Abışov 26-cı dəqiqədə lənkəranlıları məyus edib. Bu azmış kimi, birinci hissənin sonlarında Flavinyo penaltini qaçırıb
"Bankir"lər "müflis oldu", Flavinyo isə "Neftçi"nin çempionluq şansını azaltdı

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir B.Hacıyev/

Bu gün Unibank Premyer Liqasında XXV turun oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Turun ilk matçı paytaxtda keçirilib. "Kəpəz"i qəbul edən AZAL klubu matçın 59-cu dəqiqəsində Nuqzar Kvirtiyanın qolu ilə önə keçib. 72-ci dəqiqədə Georgi Bogihu fərqi 2:0-a çatdırıb. Matç elə bu hesabla da başa çatıb.

Digər paytaxt təmsilçisi "Bakı" isə öz meydanında "Qarabağ"la qarşılaşıb. 8-ci dəqiqədə Maksim Medvedev hesabı açıb. İkinci hissənin əvvəlində Vaqif Cavadovun qolu ilə "Qarabağ" 2 top fərqi ilə önə keçib.

72-ci dəqiqədə "Bakı"nın heyətində Rəhman Hacıyev hesab arasındakı fərqi azaldıb (1:2). 80-ci dəqiqədə Koko penalti zərbəsini qaçırmaqla "Bakı"nın bərabərlik ümidlərinə son qoyub.

Son turlar uğurla çıxış edən "Qəbələ" klubu doğma meydanda çempionluq uğrunda mübarizə aparan "İnter"i qəbul edib. Matçın ilk hissəsi qolsuz başa çatıb. 61-ci dəqiqədə Yannik Kamananın ("Qəbələ") qoluna 76-cı dəqiqədə Nizami Hacıyev ("İnter") cavab verib.

Matçın sonuna 7 dəqiqə qalmış Deon Barton "Qəbələ"nin qələbə topunu vura bilib. 89-cu dəqiqədə "İnter"in heyətində Xəyal Mustafayev qırmızı vərəqə alıb.

Çempionatın şəriksiz lideri "Neftçi" isə bu tur əzəli rəqibi "Xəzər Lənkəran"la qarşılaşıb. "Böyük oyun"da ilk qol "Neftçi"dən gəlib. Ruslan Abışov 26-cı dəqiqədə lənkəranlıları məyus edib. Bu azmış kimi, birinci hissənin sonlarında Flavinyo penaltini qaçırıb.

55-ci dəqiqədə Rahid Əmirquliyev hesabı bərabərləşdirib (1:1).

Qeyd edək ki, XXV tura sabah 2 oyunla yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti