...

Azərbaycan hokkeyçiləri London Olimpiya Oyunlarına bir addım yaxınlaşıblar

İdman Materials 25 Aprel 2012 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün turnirdə ilk oyununu keçirib.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, rəqib dünya reytinq sıralamasında 23-cü yeri tutan Malayziya yığması olub. Matçın təxminən 15-ci dəqiqəsindən təşəbbüsə yiyələnən hokkeyçilərimiz ilk hissədə komandanın kapitanı Xatirə Əliyevanın vurduğu 2 qolla fasiləyə yollanıblar.

Qızlarımız ikinci hissədə malayziyalıların qapısından daha 2 top keçirərək (M.Məmmədova və Y.Muradi fərqləniblər) 4:0 hesablı qələbə qazanıblar.

Millimiz ikinci oyununu aprelin 27-də Belarus komandasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti