...

Azərbaycan London Olimpiya Oyunlarına 51-ci lisenziyasını qazandı

İdman Materials 9 May 2012 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend/

Avropa Cüdo İttifaqı (EJU) 9 May - Qələbə Günündə Azərbaycana 73 kq çəki dərəcəsində daha bir lisenziya bəxş edib.

Trend-in məlumatına görə, 2008-ci il Pekin Olimpiya Oyunlarında Elnur Məmmədlinin qızıl medal qazandığı çəkidə bu dəfə ölkəmizi Rüstəm Orucov təmsil edəcək.

Bununla da ölkəmizin London Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 51-ə çatıb. Bunlardan 8-i cüdoçularımızın - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovanın (63 kq) payına düşür.

Xəbər lenti

Xəbər lenti