...

Azərbaycanın parataekvondo üzrə milli komandasının Rusiyada təlim-məşq toplanışı başa çatıb

İdman Materials 22 May 2012 17:13 (UTC +04:00)
Rusiyada təlim-məşq toplanışında olan Azərbaycanın parataekvondo üzrə milli komandası hazırlıq prosesini uğurla başa vurub.
Azərbaycanın parataekvondo üzrə milli komandasının Rusiyada təlim-məşq toplanışı başa çatıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Rusiyada təlim-məşq toplanışında olan Azərbaycanın parataekvondo üzrə milli komandası hazırlıq prosesini uğurla başa vurub. Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qonşu ölkədə 12-22 may tarixlərində birgə məşqlərdə seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyevin rəhbərliyi ilə 23 parataekvondoçu iştirak edib.

Xasavyurd şəhərində daha bir neçə ölkə komandasının qatıldığı hazırlıq prosesinin ardından yoxlama görüşləri keçirilib. 9 qızıl medal qazanan idmançılarımız qeyri-rəsmi komanda hesabında birinci olublar. Səfərdən sonra Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi parataekvondo üzrə seçmə komandamızın uğurlarını xüsusi mükafatla dəyərləndirib.

Parataekvondoçularımızı noyabrda ilin ən məsul yarışı, Arubada dünya çempionatı gözləyir.

Xəbər lenti

Xəbər lenti